SOCAR - State Oil Company of Azerbaijan Republic

04/21/2017 | News release | Distributed by Public on 04/21/2017 01:19

SOCAR-da binaların enerji səmərəliliyi ilə bağlı təlim-seminar keçirilmişdir

21 Aprel 2017

Ekologiya İdarəsi tərəfindən SOCAR və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında imzalanmış 'Azərbaycanın yanacaq sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı' (NAMA) çərçivəsində 'Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri' mövzusunda təlim-seminar keçirilmişdır. Seminarda iqlim, enerji və binaların enerji səmərəliliyi (əsas prinsiplər), inteqrasiya edilmiş bina dizaynı və enerji simulyasiyaları, dünyada yüksək effektivli bina nümunələri mövzusunda təqdimatlar olmuşdur. Təlim-seminarda 'Azneft', 'Azəriqaz', 'Azərikimya' Istehsalat Birlikləri, emal müəssisələri, 'Neftqazelmitədqiqatlayihə' İnstitutunun mütəxəssisləri iştirak etmişlər.