Results

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

10/14/2019 | Press release | Distributed by Public on 10/14/2019 02:24

No:319/19, Foreign Minister Elmar Mammadyarov met with the Minister of Foreign Affairs and Trade of Hungary, Péter Szijjártó on the sidelines of the 7th meeting of the Council[...]

No:319/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirlərinin Bakıda keçirilən 7-ci iclası çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Syarto ilə görüşüb

Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğuladılar.

Macarıstanın Türk Şurasında müşahidəçi statusunun və bu yaxınlarda TDƏŞ-in Budapeştdə Nümayəndəliyinin açılmasının Macarıstanla türkdilli ölkələr arasında mövcud bağların daha da möhkəmləndirilməsinə xidmət edəcəyi qeyd olundu.

Sonra Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların cari vəziyyəti ilə bağlı həmkarının suallarını cavablandırdı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, xüsusilə də Suriya münaqişəsi ətrafında fikir mübadiləsi apardılar.

[Attachment][Attachment]