Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

10/14/2019 | Press release | Distributed by Public on 10/14/2019 01:46

No:318/19, Foreign Minister Elmar Mammadyarov met with the Minister of Foreign Affairs of the Kyrgyz Republic, Chingiz Aydarbekov within the 7th meeting of the Council of[...]

No:318/19, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində nazir Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb

Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər. Bu xüsusda, müvafiq Hökumətlərarası komissiyanın fəaliyyəti yüksək dəyərləndirildi və Qırğızıstanın dəmir yolları layihələri inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal şəkildə iştirak etməsi perspektivləri üzərində dayanıldı.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkiaf etdirilməsinin önəmini qeyd ediblər. Eyni zamanda, digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edildiyi vurğulandı.

Görüş zamanı, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

[Attachment][Attachment]