Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

05/25/2019 | Press release | Distributed by Public on 05/25/2019 08:58

No:152/19, Head of the Press Service Department of the MFA of Azerbaijan responded to CNN on the UEFA Europe League final game to be held in Baku

No:152/19, AR XİN-in mətbuat xidməti idarəsinin rəhbəri CNN kanalının Bakıda keçiriləcək UEFA Avropa liqasının final oyunu ilə bağlı sualını cavablandırıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda Arsenal futbol komandasının oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə Azərbaycanın müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini və bu barədə XİN-in sözçüsü səviyyəsində 'idman və siyasət bir-birindən ayrıdır' mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladan mətbuat katibi, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsinin bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsinin absurd olduğu qeyd edilib. Azərbaycanın bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanındığı bildirilib.

XİN-in sözçüsü qeyd edir ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.