Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

10/11/2019 | Press release | Distributed by Public on 10/11/2019 04:14

No:316/19, Statement of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi 'Sülhün mənbəyi' əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir.