Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

10/10/2019 | Press release | Distributed by Public on 10/10/2019 02:44

No:314/19, On removal of the name of Wlodzimiers Krzyzanowski, a citizen of the Republic of Poland, editor-in-chief of “Glob-Press” agency, from the “List of foreign citizens[...]

No:314/19, Polşa Respublikasının vətəndaşı, 'Glob-Press' agentliyinin baş redaktoru Vlodimej Kjijanovski adının 'Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı'ndan çıxarılmasına dair

Polşa Respublikasının vətəndaşı, 'Glob-Press' agentliyinin baş redaktoru Vlodimej Kjijanovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının 'Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı'ndan çıxarılmasını xahiş edib.

Məktubunda Vlodimej Kjijanovski Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edib.

Polşa Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.