Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

11/08/2019 | Press release | Distributed by Public on 11/08/2019 05:56

No:369/19, Foreign Minister Elmar Mammadyarov received Sami Abdullah Ghosheh, the newly appointed Ambassador of Hashemite Kingdom of Jordan to the Republic of Azerbaijan

No:369/19, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşeni qəbul edib

Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.

Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən Elmar Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğuladı.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə səfir Səmi Abdulla Ğoşe etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Səfir Səmi Abdulla Ğoşeni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

[Attachment]