SOCAR - State Oil Company of Azerbaijan Republic

09/13/2017 | News release | Distributed by Public on 09/13/2017 01:55

“Neft Daşları”nda estakada əsaslı təmir edilib

13 Sentyabr 2017

SOCAR-ın 'Neftqaztikinti' Tresti 'Azneft' İstehsalat Birliyinin sifarişi ilə 'Neft daşları' yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulmuş, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılmışdır. Obyektdə 1200 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmiş, 4020 kvadrat metr sahəyə asfalt örtüyü döşənmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilmişdir. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.