Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

10/15/2019 | Press release | Distributed by Public on 10/14/2019 23:15

No:324/19, On removal of the names of the members of the “Kuhner Foundation” from the “List of foreign citizens illegally visited the occupied territories of the Republic of[...]

No:324/19, İsveçrə Konfederasiyasında fəaliyyət göstərən 'Kuhner Fondu'nun üzvlərinin 'Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı'ndan çıxarılmasına dair

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən 'Kuhner Fondu' Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, bu Fondun rəhbəri Laura Kuhner (İsveçrə), eləcə də onun üzvlərinin Tim Bürgin (Almaniya) və Qifti Dvamena (İsveçrə) adlarının 'Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı'ndan çıxarılmasını xahiş edib.

Məktubda 'Kuhner Fondu' Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvləri etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

'Kuhner Fondu'nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.