Results

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

10/16/2019 | Press release | Distributed by Public on 10/15/2019 23:41

No:325/19, Foreign Minister Elmar Mammadyarov met with the President of the Foreign Affairs Committee of the Senate of the Republic of Italy, Vito Petrocelli

No:325/19, Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Respubikasının Senatının Xarici Əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Respubikasının Senatının Xarici Əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə İtaliya Respublikası Senatının Xarici Əlaqələr daimi komissiyasının üzvü Cianluka Ferrara, İtaliya Respublikası Senatının Xarici Əlaqələr daimi komissiyasının katibliyinin rəhbərinin müavini Cianluka Polverari daxil olub.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli münasibətləri məmnunluqla vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi. Xüsusilə enerji sahəsində mövcud əməkdaşlığı qeyd edən nazir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini səsləndirdi.

Vito Petroçelli iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ismarışların Parlamentin təmsilçisi qismində onlar tərəfindən tam dəstəklənildiyini qeyd etdi. İki ölkə arasında iqtisadi-ticarət münasibətləri ilə yanaşı, mədəniyyət sahəsində, eləcə də xalqlar arasında əlaqələrin inkişafının əhəmiyyəti ifadə olundu. Azərbaycanın 'Bir kəmər, bir yol' layihəsini dəstəkləməsini məmnunluqla qeyd edən İtaliya rəsmisi bu məsələdə iki ölkənin yanaşmasının üst-üstə düşdüyünü bildirdi.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-tranzit layihələrindən bəhs edən Nazir Elmar Məmmədyarov, Şərq-Qərb bağlılıq strategiyasının inkişaf etdirilməsi yolları ilə bağlı qarşı tərəfə məlumat verdi.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri, bu əməkdaşlığa İtaliyanın töhfəsi mövzusunda müzakirələr etdilər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

[Attachment]