Central Bank of the Republic of Azerbaijan

10/26/2023 | Press release | Distributed by Public on 10/26/2023 07:24

Mərkəzi Bank və XRİTDX arasında Anlaşma Memorandumu imzalanmışdır

Mərkəzi Bank və XRİTDX arasında Anlaşma Memorandumu imzalanmışdır

26 oktyabr 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında oktyabrın 26-da Anlaşma Memorandumu imzalanmışdır.

Anlaşma Memorandumu Mərkəzi Bank və XRİTDX arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Həmçinin Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi "CERT"in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən "CyberFest" kiberfestivalında imzalanmışdır.

26.10.2023