Ministry of Agriculture of Azerbaijan Republic

04/30/2024 | Press release | Distributed by Public on 04/30/2024 02:05

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin mayda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin mayda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi"nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin may ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:

Tarix: 30 Aprel 2024
Paylaşmaq: